Səfirin vəzifələrini müvəqqəti işlər vəkilli Malxaz Malaşxia icra edir. Amma Gürcüstan hökumətinin Ermənistana niyə səfir göndərməməsinin səbəbləri məlum deyil.
Ümumilikdə, Gürcüstan və Ermənistan arasında son dövrlər bəzi ziddiyyətlər hökm sürür. Məsələn, Gürcüstan Rusiya silahlarının Ermənistana öz ərazisindən ötürülməsinə qadağa qoyub. Bundan sonra Rusiya silahları Ermənistana daha çox xərc aparan Qazaxıstan- Türkmənistan-İran vasitəsilə göndəriləcək.
Bu, əlbəttə ki, Rusiya ilə yanaşı Ermənistanın da mənafelərinə uyğun gəlmir.
Həmçinin fevralın 2-də Ermənistanda səfərdə olan Gürcüstanın müdafiə naziriTinatin Xidaşeli jurnalistlərə açıqlamasında Azərbaycan və Türkiyənin strateji tərəfdaşları olduğunu deyib.Bundan başqa, aprelin əvvəlində cəbhə xəttində baş verən son hadisələr zamanı Gürcüstan Azərbaycanın ərazilərini tam dəstəklədiyini dedi.Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli aprelin 4-də Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng vuraraq cəbhədəki vəziyyəti müzakirə etmişdi.
Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.
Bütün bunlar Ermənistan və Gürcüstan arasında ziddiyyətlərin və səfir təyinatının gecikməsinin əsas səbəbləri ola bilər.
Mənbə: ANS PRESS