Qadin.NET / "Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"

"Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"

"Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləməsi üçün tərəflərlə səylə çalışır". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini" tanımasının mümkünlüyünü şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, indiki şəraitdə tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir. Onun sözlərinə görə, hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir. 

Bu gün Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçüb. Binanın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak edib.

Səfir Azərbaycanın enerji sahəsindəki rolundan da danışıb. Sekuta deyib ki, Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. "ABŞ Avropa İttifaqı və Azərbaycanla "Cənub qaz dəhlizi" üzrə işləri davam etdirir. Bu müzakirələrin mühüm hissəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması mövzusu olub".

Mənbə: ANS PRESS

6 may 2016
GO BACK