Qadin.NET / Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi

Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi

Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi
Azərbaycan yunan-roma güləşçisi Rəsul Çunayev 19 saniyə ərzində rəqibini məğlub edib. ANS PRESS-in məlumatına görə, güləşçimiz Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. Güləşçimiz 1/16 final mərhələsində xorvatiyalı Dominik Etlinger ilə qarşılaşıb.

Rəsul Çunayev görüşün ilk saniyələrində  rəqibinin kürəyini döşəyə vuraraq təmiz qələbə qazanıb. O, 1/8 finalda belaruslu Pavel Liax ilə qarşılaşacaq. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün Rəsul Çunayev finala kimi yüksəlməlidir. Güləş yığma komandamız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Mənbə: ANS PRESS

6 may 2016
GO BACK