Qadin.NET / Banklar ipoteka kreditlərindən imtina edəcək

Banklar ipoteka kreditlərindən imtina edəcək

Banklar ipoteka kreditlərindən imtina edəcək
Yaxın aylarda Azərbaycanın kommersiya banklarının öz vəsaitləri hesabına ipoteka kreditlərini tamamilə dayandıracağı gözlənilir.

ANS PRESS-in məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının  4 may 2016-cı il tarixdə verdiyi qərarları şərh edən əksər ekspertlər bu fikirdədirlər.

Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 04 aprel 2016-cı il tarixli qərarı qüvvədə saxlayan Palata daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə də qadağa qoyub.

Beləliklə, əmlak və tikinti sektoruna kapital qoyuluşlarında əsas rollardan birinə malik bu alət tarixə çevrilə bilər. Sirr deyil ki, Azərbaycanda bankların öz vəsaitləri ilə verdiyi əmlak və ya ipoteka kreditləri hazırda evsiz adamların kirayədən yaxa qurtarmasında böyük rol oynayır. Məsələn, çox populyar yaşayış massivlərindən birindən heç bir ilkin ödəniş vermədən aylıq ödənişi 350-400 manata bir otaqlı hazır mənzil almaq mümkündür. Bu, ayda 250-300 manata bərabər olan kirayə qiymətlərindən azca yüksəkdir.

Mənbə: ANS PRESS

6 may 2016
GO BACK