Güləşçimiz erməni idmançını peşman etdi
Azərbaycanın yunan-roma güləşçisi Rəsul Çunayev erməni əsilli güləşçini məğlub edərək finala yüksəlib. ANS PRESS-in məlumatına görə, güləşçimiz Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. Güləşçimiz 1/2 final mərhələsində Fransa yığmasının təmsilçisi Artak Marqaryan ilə qarşılaşıb.Yarımfinalda erməni əsilli Fransa təmsilçisi Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. 66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.
Mənbə: ANS PRESS
6 may 2016
GO BACK