Qadin.NET / Azərbaycan FİFA-nın siyahısında irəlilədi

Azərbaycan FİFA-nın siyahısında irəlilədi

 

Azərbaycan FİFA-nın siyahısında irəlilədi

Futbol üzrə milli komandamız FİFA reytinq siyahısında irəliləyib. ANS PRESS-in məlumatına görə, bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan yığması siyahıda 133-cü yerdə qərarlaşıb. Robert Prosineçkininyetirmələrinin aktivində 269 xal var.

 

"Yığmaolmamasıdır".

Yığma komandanın 1 pillə irəliləməsinin səbəbi son iki yoldaşlıq görüşündə məğlub olmamasıdır. Milli komanda Makedoniya və Andorra yığması ilə görüşüb. Hər iki oyun qolsuz heç-heçə ilə bitib. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindənAlmaniyaÇexiyaSan Marino,  Şimali İrlandiya və Norveç siyahıda yerlərini qoruyub. Qardaş Türkiyə yığması 983 xalla 13-cü yerdə qərarlaşıb. Dünyanın ən güclü 10 komandasının mövqeyində dəyişikliklər olmayıb. Ötən ay futbol üzrə milli komandamız FİFA reytinq siyahısında 22 pillə geriləyib. Azərbaycan yığması siyahıda 134-cü yerdə qərarlaşıb. Yığmamızın geriləməsinin səbəblərindən biri Antalyada baş tutan yoxlama oyununda Qazaxıstana 0:1 hesabı ilə məğlub olması olub. Yığma komandamız ən çox geriləyən 3 komandalardan biri olub. Aruba 24, KXDR 18 pillə aşağı düşdüyündən komandamız dünyanın 2-ci uğursuzu hesab edilib.

 Ötən il AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib. Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.   

Mənbə: ANS PRESS

6 may 2016
GO BACK