"İranın şimal-qərbindəki Urmiya gölünün sahili, dağılan gəmi. Əvvəllər Orta Şərqdə ən böyük duzlu göl hesab edilən Urmiya gölündə indi əvvəlki suyun həcminin cəmi 5 faizi qalıb. Bunun səbəbi qlobal iqlim dəyişiklikləri ilə yanaşı, su bəndinin tikilməsi, pis ekoloji şərait və gölə axan çayların məcralarındakı dəyişikliklərdir".Urmiya gölü İranın ən məşhur gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mУ™nfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən aparılan tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.
Mənbə: ANS PRESS