Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları başa çatdı. ANS PRESS-in məlumatına görə, baş tutan iki oyundan sonra finalçılar bəlli oldu.
Evdə "Sevilya" ilə 2:2 bərabərə qalan Ukraynanın "Şaxtyor" klubu səfərdə məğlub olub. Doğma meydanda "Şaxtyor"u 3:1 məğlub edən "Sevilya" finala yüksəlib.
Yurgen Kloppun "Liverpul"u isə doğma meydanda "Vilyarreal"ı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Liverpul" doğma azarkeşləri önündə 3 cavabsız qolla qalib gələrək adını finala yazdırıb.Avropa Liqası, yarımfinalın cavab oyunları
"Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:1
Qollar: Qameyro, 9 (1:0), Eduardo, 44 (1:1), Qameyro, 47 (2:1), Mariano, 59 (3:1)
İlk oyun - 2:2
"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 3:0
Qollar: Staric, 7 (1:0), Staric, 63 (2:0), Lallana, 81 (3:0)
Qırmızı vərəqə: Ruiz, 71 ("Vilyareal")
İlk oyun - 0:1
Mənbə: ANS PRESS