“WTI” markalı neftin qiymətində də ucuzlaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,19 dollara düşüb.Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar ucuzlaşaraq 45,71 dollar təşkil edib.Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 41,10 dollar olub. Platinin 1 qramı 34,12 dollar, palladiumun 1 qramı isə 19,25 dollara çatıb. Gümüşün qiyməti də cüzi ucuzlaşaraq 1 qram üçün 0,55 dollarda qərarlaşıb.AMB-dən verilən məlumata görə, 05.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5082 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7322 manat, Rusiya rublu ucuzlaşaraq 0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1891 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.513 AZN dəyərində müəyyənləşib.Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 06.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5100 səviyyəsində müəyyən olunub.
Mənbə: ANS PRESS