Qadin.NET / Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix bəlli oldu

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix bəlli oldu

 

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix bəlli oldu

“Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

 

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə ilin sonundan başlanılacaq: “Bu xidmətin Daxili İşlər Nazirliyi tərəfindən  həyata keçirilməsi  nəzərdə tutulur.  Bilirsiniz ki,  “ASAN Xidmət” mərkəzlərində  şəxsiyyət vəsiqələrinin verilməsi həyata keçirilir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlayan andan "ASAN Xidmət" mərkəzlərində də  bu sənədləri əldə etmək mümkün olacaq”.

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. "ASAN xidmət" mərkəzlərinin  yaradılmasında vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunmasıdır.

Mənbə: ANS PRESS

5 may 2016
GO BACK