Qadin.NET / Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi

Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi

Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi
İngiltərənin “Lester Siti” klubunun rəhbəri Vişay Şrivaddanaprabxakomandanın bütün futbolçularına “Mercedes” markalı avtomobil və Las-Veqasşəhərində istirahət etmək üçün bilet alıb. ANS PRESS-in məlumatına görə, nəqliyat vasitələrinin ilkin qiymətləri 41 min avrodan (71 min AZN) başlayır. Bu barədə Daily Mail məlumat yayıb.

İki gün əvvəl “Lester Siti” İngiltərə çempionatında sona iki tur qalmış çempionluğunu rəsmləşdirib. Taylandlı milyarderin prezident olduğu komanda İngiltərə çempionatında tarixi ərzində ilk dəfə çempion olub. "Lester" çempion olmaqla büdcəsini xeyli artırıb. Klaudio Ranyerinin yetirmələrinin uğuru komandaya 150 milyon funt-sterlinq qazandırıb. Bundan başqa klub teleyayımdan da gəlir əldə edib.

Mənbə: ANS PRESS

 

5 may 2016
GO BACK