Qadin.NET / 31 barmaqlı körpə doğuldu

31 barmaqlı körpə doğuldu

31 barmaqlı körpə doğuldu
Çində 31 barmağı olan körpə dünyaya gəlib. ANS PRESS-in məlumatına görə, Çinin Xunan vilayətində doğulan körpənin həm əl, həm də ayağında barmaqların sayı normadan çoxdur. 

Körpəni əməliyyat etdirmək istəyən valideynlər bunun üçün pul toplamağa başlayıb. Lakin əməliyyat üçün hələ erkən olduğunu söyləyən həkimlər əməliyyatın ağır olduğunu, bunun üçün körpənin bir qədər böyüməsinin vacibliyini qeyd ediblər. Çünki əməliyyat zamanı təkcə körpənin artıq barmaqları götürülməyəcək, onun baş barmağı da kəsildikdən sonra öz uyğun yerinə qaytarılmalıdır ki, bu da uzun sürən riskli bir prosedurdur.

Əgər əməliyyat zamanı nəsə yolunda getməzsə, uşaq əlini belə itirə bilər.

Mənbə: ANS PRESS

5 may 2016
GO BACK