Qadin.NET / Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır

Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır

 

Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.

 

Milli.Az APAsportaz-a istinadən xəbər verir ki,A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar.

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək.
 
Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq. Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq.
 
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur
 
B qrupu
 
14:00. Avstriya - Bosniya və Herseqovina
Bakı Olimpiya Stadionu
 
17:00. Ukrayna - Almaniya
8-ci km qəsəbə stadionu
 
 
A qrupu
 
19:00. Belçika - Şotlandiya
8-ci km qəsəbə stadionu
 
20:00. Azərbaycan - Portuqaliya
Bakı Olimpiya Stadionu

Məbə: Milli.Az

5 may 2016
GO BACK