APA-nın CBS News-a istinadən verdiyi məlumata görə, Respublikaçılar partiyasının təmsilçisi müvafiq bəyanatla çıxış edib.Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının daha bir namizədi, senator Ted Kruz mübarizəni dayandırıb. Beləliklə, seçkiqabağı kampaniyanın lideri Donald Tramp prezidentlik uğrunda mübarizədə partiyanın yeganə təmsilçisi olacaq.Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Mənbə: Milli.Az