İsveçrəli alimlər müəyyənləşdiriblər ki, evdar qadınların arıqlaması işgüzar qadınlara nisbətən daha asandır. Belə ki, bəzi ev işləri insanın daha çox kalori yandırmasına səbəb olur.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, 30 dəqiqəlik ev işlərinə qarşılıq olaraq yandırılan kalorinin miqdarı aşağıdakı kimidir:
Toz almaq, yüksəkdə olan rəfləri təmizləmək - 50 kalori
Paltar ütüləmək, yataq hazırlamaq - 70 kalori
Yemək hazırlamaq - 80 kalori
Yerləri süpürmək və ya silmək - 90 kalori
Qab yumaq, otağı yığışdırmaq - 100 kalori
Pəncərələri silmək, maşın yumaq - 150 kalori
Hamamı təmizləmək, torba daşımaq - 200 kalori
Nərdivanları çıxmaq, evi boyamaq - 250 kalori
Mənbə: Milli.Az