Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu Qarabağdakı separatçı rejimin "prezidenti" Bako Saakyanın rəsmi nümayəndəsi David Babayan "Azatyunyn" radiosunun suallarını cavablandırarkən deyib.
D.Babayan iddia edib ki, Yerevan Dağlıq Qarabağın müstəqilliyini ilk olaraq yalnız Azərbaycan yenidən müharibəyə başlayacağı halda tanıya bilər.
Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda "DQR"-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif "İrs" partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres"dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.
Mənbə: Milli.Az