Qadin.NET / Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!

Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!

 

Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!

Sınaq imtahanlarının abituriyent hazırlığında nə kimi əhəmiyyəti var? Psixoloqlar və ekspertlər nəyi məsləhət görürlər? Bəs abituriyentlər bu imtahanın qəbulda əldə edəcəkləri nailiyyətlərə təsir edəcəyini bilirlərmi? Ətraflı əməkdaşımız Şəhla Poladovanın süjetində izləyək.

 

TTV (Region TV) xəbər verir ki,  abituriyent İlkin Məmmədov Nəsrəddin Tusi adına məktəb-liseyin 11-ci sinfində təhsil alır. Ali məkəblərə qəbul üzrə 2-ci ixtisas qrupuna hazırlaşır. İndiyədək keçirilən sınaq imtahanında biliyini sınayıb.

Abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasında sınaq imtahanlarının rolu böyükdür. Ali məktəbə qəbul olmaq... Bu, hər bir abituriyentin ən böyük arzusudur.  Uzun müddət bu arzuya köklənən abituriyentdə qəbul imtahanı zamanı həddindən artıq həyəcan, stress olur.  Bəs sınaq imtahanları abituriyentlərə bu psixoloji səddi keçməkdə necə kömək edir?

Sınaq imtahanında iştirak edən abituriyent sanki qəbul imtahanı üçün məşq edir. İmtahana gecikməmək, lazımi sənədləri özü ilə götürmək, vaxtdan düzgün istifadə etmək, cavab kartını zədələməmək, 3 saat hərəkət etmədən sabit otura bilmək. Sınaq imtahanlarının fəal iştirakçısı olan İlkin Məmmədovun indi bir arzusu var: ali məktəbə qəbul olmaq. Sınaq imtahanlarında qazanılan təcrübənin qəbul imtahanları zamanı düzgün tətbiq edilməsi əsas şərtdir. Ümid edək ki, sınaq  imtahanları öz məqsədlərinə çatmaqda abituriyentlər üçün bir vasitə olacaq. 

Mənbə: Milli.Az

4 may 2016
GO BACK