Qadin.NET / Bakı rusiyalı turistlərin diqqət mərkəzində

Bakı rusiyalı turistlərin diqqət mərkəzində

 

Bakı rusiyalı turistlərin diqqət mərkəzində

Travel.ru turizm servisi rusiyalı turistlər üçün ən populyar istiqamətləri 2016-cı ildə may bayramları zamanı müəyyən edib.

 

Milli.Az Oxu.Az -a istinadən bildirir ki, reytinq aprelin 30-dan mayın 4-ə qədər müstəqil səfərlər edən mehmanxanalarda və apartamentlərdə edilən bronlar əsasında tərtib edilib.

Bir may bayram günlərində bron üzrə xarici şəhərlərin ilk onluğuna Minsk, Riqa, Praqa, Tallinn, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki və Belqrad daxil olub.

Bakıda əsasən üç günlük bron edərək günə 3 min rubl (68 manat) ödəyirdilər. Xarici səfərlər üçün ən ucuz ölkələr Belarus və Polşadır, burada turistlər yaşayış üçün 2 min rubl (45 manat) ödəyirdilər, ən bahalı isə Sinqapur və London olub (10 min rubl və ya 227 manat ödəyiblər).

Mənbə: Milli.Az

4 may 2016
GO BACK