Qadin.NET / Tanınmış heykəltəraş vəfat etdi

Tanınmış heykəltəraş vəfat etdi

 

Tanınmış heykəltəraş vəfat etdi

İsveçli məşhur heykəltəraş Karl Fredrik Reytersverd 82 yaşında vəfat edib.

 

Milli.Az Report-a istinadən bildirir ki, 82 yaşlı heykəltəraşın əsərləri dünyanın ən məşhur muzeylərinin ekspozisiyasında saxlanılır.

Heykəltəraş yaratdığı ən məşhur əsərini "Şiddətə qarşı" adlandırıb və bu əsəri dostu, musiqiçi Con Lennonun xatirəsinə həsr edib.1988-ci ildə heykəltəraşın yaratdığı əsər BMT-nin mənzil-qərərgahı qarşısında ucaldılıb.

Qeyd edək ki, K.F.Reytersverd 1934-cü ildə anadan olub. 1950-ci ildə Parisdə təhsil alan Karl Fredrik Reytersverd 1980-ci ildə insult keçirir və iflic olur. İflic olan heykəltəraş ömrünün son günlərinədək sevimli peşəsi ilə məşğul olub.

Mənbə: Milli.Az

4 may 2016
GO BACK