Qadin.NET / Ohanyanı yenə parlamentə çağırdılar - Qapalı müzakirə gedir

Ohanyanı yenə parlamentə çağırdılar - Qapalı müzakirə gedir

Ohanyanı yenə parlamentə çağırdılar - Qapalı müzakirə gedir
Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın və deputatların iştirakı ilə qapalı görüş keçirilir.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, görüşdə müdafiə naziri təmas xəttindəki situasiyanı deputatlara çatdıracaq. Görüşdə parlamentin müdafiə məsələləri komitəsinin rəhbəri Koryun Nahapetyan, "İrs" partiyasından Tevan Poqosyan, "Daşnaksütun" fraksiyasından Armen Rüstəmyan, "Ermənistan Milli Konqresi" fraksiyasından Levon Zurabyan, vitse-spiker Eduard Şarmazanov və digərləri iştirak edirlər.Parlamentdə müdafiə nazirinin iştirakı ilə qapalı toplantının keçirilməsi barədə müxaifətçi deputatlar Levon Zurabyan və Qrant Baqratyan tələb etmişdi. Keçmiş baş nazir Baqratyan demişdi ki, erməni ordusunun aprelin əvvəllərində gedən döyüşlərdə çoxsaylı itkilər verməsinin səbəbi Rusiyanın Azərbaycana satdığı silahlar deyil, Ermənistan ordusunun hələ də 80-ci illərin ratsiyalarını istifadə etməsi, gecəgörmə cihazları olmadığı üçün əsgərlərin axşam saat 8-dən sonra ətraflarını görməməsidir.Daha sonra prezident Serj Sarkisyan hakim Respublika partiyasının parlament fraksiyasını təcili toplayaraq deputatlar danlamışdı. Sarkisyan bildirmişdi ki, "bəzi siyasi xadimlər" parlamentdə erməni ordusunun çoxsaylı itkiləri haqda danışanda hakim partiyadan olan deputatlar susublar və cəbhədəki real vəziyyət barədə danışıb məsələnin əslində nə yerdə olduğunu izah etməyiblər. Sarkisyan hədələmişdi ki, bu fəaliyyətsizliyə görə bəziləri tutduqları postları itirəcəklər.

Mənbə: Milli.Az

 

4 may 2016
GO BACK