Qadin.NET / "Ermənistan Azərbaycan üçün yeni qapı açacaq"

"Ermənistan Azərbaycan üçün yeni qapı açacaq"

"Ermənistan Azərbaycan üçün yeni qapı açacaq"
Milli.Az Avropa.ifo-ya istinadən bildirir ki, bu açıqlama ilə MDB ölkələri üzrə Institutun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov çıxış edib. 

"Ermənistan "DQR"in müstəqilliyini o zaman tanıya bilər ki, tamamilə başqa yolu qalmasın. Bu halda Azərbaycan danışıqlar prosesindən çıxacaq. ATƏT-in Minsk qrupu nizamlama mandatından məhrum olacaq", - Markarov belə deyib.

Politoloqun  fikrinə görə, "DQR"in tanınması ilə separatçı respublika tamamilə fərqli beynəlxalq subyekt statusu qazanacaq. Bu, o demək olacaq ki, prosesi davam etdirmək üçün Ermənistanın başqa variantı qalmayıb. 

Xatırladaq ki, Ermənistan hökuməti 5 mayda "DQR"in tanınması ilə bağlı qanun layihəsini parlamentə çıxarmağa hazırlaşır. 

Mənbə: Milli.Az

 

4 may 2016
GO BACK