Milli.Az bildirir ki, qurumun Baş İdarəsinin Qeydiyyat şöbəsindən Azvision.Az-a verilən məlumata görə, ehtiyatda olan əsgərlərin hərbi komissarlıqlara çağırılması onların hansı ünvanda yaşaması və ailə vəziyyətlərinin dəqiqləşdirilməsi ilə əlaqədardır."Azərbaycanda səfərbərlik hazırlığı "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Edilən çağırışlar dörd-beş il ərzində döyüş bölgəsində xidmət etmiş birinci dərəcəli hərbi vəzifəlilərin dəqiqləşdirilməsi ilə bağlıdır. Onların hansı ünvanda yaşaması və ailə vəziyyətləri dəqiqləşdirilir", - deyə SHXÇDX-dan verilən məlumatda qeyd olunub.Bundan əlavə bildirilib ki, hazırda Azərbaycanda səfərbərlik gözlənilmir.
Mənbə: Milli.Az