Milli.Az Goal.Az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçusu UEFA-nın saytının bir neçə sualını cavablandırıb.
- Meydanda sənə ən çox nə xoş gəlir?
- Sevdiyim işi görmək. Oyunumdan həzz almaq və eyni hissi azarkeşlərə də yaşatmaq, qollar vurmaq. Azarkeşlər yaxşı oyun, bol qol görməyi sevirlər. Mənim işim də qalib gəlmək, yaxşı oyun göstərmək, mümkün qədər çox qol vurmaq, komandama kömək etməkdir. "Həzz almaq" xüsusi qeyd ediləsi sözdür. Çünki futbol xoşbəxtlik, istək almaqla yanaşı, acı hisslər də deməkdir.
- "Sporting"in aşağı yaş qruplarında oynayanda hansı futbolçunu xüsusi izləyirdin?
- Düzü, kumirim olan və bənzəmək istədiyim futbolçu olmayıb. "Sporting"dən bir sıra böyük futbolçular keçib gedib. Amma mən həmişə irəli baxmışam. Milli komanda barədə düşünürdüm. Böyük klubun şərəfini qorumaq məsuliyyətli işdir. Lakin milli komandada çıxış etmək də çətindir. İstinad nöqtələrim Portuqaliya futbolunun tanınmış simaları Fernando Kouto, Rui Koşta və Luiş Fiqo idi.
- Gənc yaşlarında hansı uğurlar qazanacağını düşünürdün?
- Həmişə başqa futbolçulardan fərqlənəcəyimi hiss etmişəm. Hiss edirdim ki, gec-tez yüksək səviyyəli peşəkar futbolçu olacam. Bunu tez bir zamanda olacağını düşünmürdüm, amma istedad öz sözünü dedi. Oynadığım bütün klublarda gərgin çalışıb potensialıma inanmışam. Futbolçu və insan kimi çox inkişaf etmişəm. İşimdən həzz alıram.
- 20-30 ildən sonra futbol tarixində Ronaldonu necə xatırlayacaqlar?
- Futbol tarixinə keçdiyimə şübhə etmirəm. İnsanlar bunu istəsə və ya istməsə də, statistika hər şeyi göstərir. Buna sevinən, yaxud sevinməyən kəslər ola bilər.
Mənbə: Miili.Az