AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Jül Vern" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ceyhun Abdullayev, sarı yolda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Şahmar Həsənov, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Ofeliya Əfəndiyeva mübarizə apardı. Bu qarşılaşmanın qalibi Şahmar Həsənov oldu.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
Mənbə: Milli.Az