Milli.Az ANSPRESSə istinadən bildirir ki, mart ayının 1-də "Facebook"un Latın Amerika bölməsinin rəhbəri Argentine Dieqo Dzodan sosial şəbəkəyə aid olan mesajlaşma xidməti "WhatsApp" istifadəçilərinin məlumatlarını polislə paylaşmaq istəmədiyi üçün tutulmuşdu. Dzodan mütəşəkkil cinayətkar dəstə və narkotik qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmaya kömək etməməkdə, verilən qərara riayət etməməkdə ittiham edilmişdi. Lakin o bir gün sonra azad edilmişdi. Bu hadisələrlə bağlı olaraq ölkənin şimal-şərqindəki Sergipe vilayətindən olan Marsel Maia Montalvao adlı hakim mesajlaşma sisteminin bu səhərdən etibarən bütün ölkə ərazisində 72 saat müddətinə yasaqlanması barədə qərar qəbul edib.
Mənbə: Milli.Az