Qadin.NET / Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib
Bu gün yerli vaxtla saat 19:10-da Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.

APA-nın "Milliyet"-ə istinadən verdiyi məlumata görə, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb.Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.Qeyd edək ki, yanvarın 18-dən etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 19 nəfər ölüb

Mənbə: Milli.Az

2 may 2016
GO BACK