Qadin.NET / Universitetlərin filialları niyə birləşdirilir?

Universitetlərin filialları niyə birləşdirilir?

Universitetlərin filialları niyə birləşdirilir?
Universitetlərin bölgə filiallarının məzunlarının iş tapa bilməməsi onların strukturunun optimallaşdırılmasını qaçılmaz edib.

Bölgələrdə fəaliyyət göstərən ali məktəb filiallarının birləşdirilməsi gündəmdədir. "Təhsilin inkişafı Dövlət Strategiyası"nın fəaliyyət planına əsasən nazirlik tərəfindən bu sahədə araşdırma aparılıb. Filiallarda peşəkar kadr hazırlığının yüksək səviyyədə olmadığı müəyyən olunub. İşəgötürənlər tərəfindən də onların məzunlarına maraq göstərilmədiyi ortaya çıxıb.

Elmi-pedoqoji potensialı yüksək olmayan ali təhsil müəssələrinin müəllim hazırlığına da beləliklə son qoyulmuş olacaq. 

Filialların birləşdirilməsi zamanı "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı" proqramı da nəzərə alınır. Bölgələrdə ehtiyac duyulan kadr təminatının ödənilməsi prioritet hesab olunur.

Azərbaycanda dövlət və özəl daxil olmaqla 53 ali təhsil müəssisəsi var. Onlardan yalnız 3-nün bölgələrdə filialları var. Pedaqoji Universitetinin Şəki, Quba, Şamaxı, Cəlilabad, Ağcəbədidə, İqtisad Universitetinin Zaqatalada, Bakı Dövlət Universitetinin isə Qazaxda olmaqla ümumilikdə 7 filial fəaliyyət göstərir.

Mənbə: Milli.Az

2 may 2016
GO BACK