Əməkdar artist Məcnun Hacıbəyovun səhhəti əvvəlki günlərlə müqayisədə yaxşıdır.
Milli.Az bildirir ki, bu barədə Report.Az-a açıqlamasında o, özü məlumat verib.
"Düzdür, başım hərlənir, özümü pis hiss edirəm. Amma nisbətən yaxşıyam", - aktyor deyib.
Əməkdar artist hazırda evində olduğunu deyib: "Mən tək yaşayıram. Mənə heç nə lazım deyil, dərmanım, hər şeyim var".
M.Həcibəyov yanına gəlib-gedənin olmadığını da əlavə edib: "Mənə baş çəkməyə ancaq yayda gəlirlər".
Qeyd edək ki, bu gün 81 yaşlı aktyorun ölüm xəbəri yayılıb.
O, 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.
Mənbə: Milli.Az