Qadin.NET / Şəhid polkovnikə Milli Qəhrəman adı verildi

Şəhid polkovnikə Milli Qəhrəman adı verildi

 

Şəhid polkovnikə Milli Qəhrəman adı verildi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb. 

 

Milli.Az bildirir ki, bu barədə Azvision.Az-a şəhidin həyat yoldaşı Fizzə Mirzəyeva məlumat verib. 

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Zabitin cəsədi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Mənbə: Milli.Az

2 may 2016
GO BACK