Qadin.NET / "Qarabağ" çempion oldu

"Qarabağ" çempion oldu

"Qarabağ" çempion oldu
Dünən Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, son oyun günündə “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub. Oyunda ilk qolu 28-ci dəqiqədə Dani Kintana, ikinci qolu isə 74-cü dəqiqədə braziliyalı futbolçu Reynaldo rəqib qapısından keçirib.

Bu "Qarabağ"ın tarixində Premyer Liqada 4-cü çempionluğudur. Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.“Qarabağ”ın idman direktoru Əmrah ÇУ™likУ™l oyunla bağlı fikirlərini bölüşüb: "Çempion olduğumuza görУ™ sevinirik. Ardıcıl 3-cü dУ™fУ™ çempion olduq. Bu mövsüm daha rahat keçdi. Qurban Qurbanov təvazökar insandır. Çempionatda güclü komandalar var. SadУ™cУ™ biz yaxşı oynayıb birinci olduq”

Mənbə: ANS PRESS

2 may 2016
GO BACK