Qadin.NET / Yerli raketlərin 700 illik sirri

Yerli raketlərin 700 illik sirri

 Yerli raketlərin 700 illik sirri
Türkiyənin yerli istehsalı olan Pilotsuz Uçan Aparatdan atılan milli “Bayraqdar TB-2” raketindən ilk dəfə sınaq atışı üçün istifadə olunub. ANS PRESS-in məlumatına görə, raketin gövdəsində yazılan “8/17” rəqəmi diqqətdən yayınmayıb.Bunun, türk ox ustalarının 700 ildir bir-birlərinə ötürdüyü sirrin rəmzi olduğu bildirilib. Bildirilir ki, oxçu olmaq istəyənlərə ustadları oxu və yayı təhvil verərkən onların qulağına “Oxçunun sirri” kimi bilinən Qurani Kərimdən 8-ci – “Ənfal” surəsinin 17-ci ayəsini oxuyarmış. Oxçuların xaricində heç kimə deyilməyən bu sirr ayədə, “Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir.” – deyilir. Bununla da onların öz işlərini lovğalanmadan görmələri və təvazökar olmaqları təmin olunurmuş. Məlumata görə, raketlərin üstünə yazılan “8/17” rəqəmi ilə bu sirrə istinad edilir. 

Mənbə: ANS PRESS

 

2 may 2016
GO BACK