Mayın 6-da baş tutacaq qurultay 36 il ərzində ilk dəfə keçiriləcək. Partiyanın nizamnaməsinə əsasən, qurultay Mərkəzi komitə və Mərkəzi Təftiş Komissiyasının işinin yekunlarını qəbul edir, düzəlişlər verir, yarım qalmış proqramları tamamlayır, yeni qərarlar qəbul edir. Bundan başqa, burada partiyanın baş katibi təyin edilir, Mərkəzi Təftiş Komissiyasının və Mərkəzi Komitənin heyət üzvləri seçilir.
Cənubi Koreya xəbər agentliyinin verdiyi məlumatlara görə, bu günlər Koreya Xalq Demokratik Respublikasında xüsusi dövr müşahidə edilir. Belə ki, ölkənin paytaxtı Pxenyana giriş məhdudlaşdırılır, Çin sərhədində təhlükəsizlik tədbirləri gücləndirilir.
Mnbə: ANS PRESS