Qadin.NET / Ronaldo ikinci dəfə ata ola bilər

Ronaldo ikinci dəfə ata ola bilər

Ronaldo ikinci dəfə ata ola bilər
“Real Madrid” klubunun və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun ikinci dəfə ata olacağı barədə məlumatlar yayılıb. ANS PRESS-in məlumatına görə, futbolçunun ikinci övladının surroqat ana vasitəsilə dünyaya gələcəyi bildirilir. İddiaya görə, Ronaldo artıq lazım olan sənədləri hazırlayıb.Lakin əfsanəvi fubolçunun anası Dolores Aveyra yayılan məlumatları təkzib edib. Futbolçunun anası özünün müəllifi olduğu kitabın təqdimetmə mərasimində Ronaldonun ikinci dəfə ata olması haqqında qısa və dəqiq cabab verib: “Xeyr. Bu yalandır”. Ronaldonun ata olmaq xəbərləri İspaniya çempionatında “Real Madrid”in “Selta” ilə qarşılaşmasından sonra yayılıb. Futbolçu matç zamanı qol vurduqdan sonra topu formasının altına qoyub. Adətən futbolçular belə hərəkətləri ilə yaxın müddətdə ata olacaqlarına  işarə edirlər. Üçqat “Qızıl Top”un sahibi Ronaldonun 1 oğlu var. Futbolçunun oğlu 2010-cu ildə süni mayalanma ilə dünyaya gəlib. Ulduz hücumçunun keçmiş sevgilisi model İrina Şeyk olub. Nümunəvi cütlük hesab edilən sevgililər 2015-ci ilin əvvəlində ayrılıblar. İddiaya görə, onların ayrılmasına səbəb xəyanət və futbolçunun anasının rus modeli sevməməsi olub. 

Mənbə: ANS PRESS

30 aprel 2016
GO BACK