Qadin.NET / "Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"

"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"

"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Formula 1 prezidenti Berni Ekklstoun Ermənistanla Azərbaycan arasındakı gərginliyin Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcəyini deyib. ANS PRESS-in məlumatına görə, Formula 1 prezidenti iki ölkənin arasındakı münaqişəyə qarışmadığını da bildirib. Milyarder Soçidə keçiriləcək Formula 1 yarışlarından əvvəl Tass-a qısa müddətli  müsahibə verərək bu barədə danışıb. "Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək. Mən buna əminəm. "Formula 1 heç kimlə müharibə aparmır. Oxşar hal Bəhreynlə bağlı da olmuşdu”Milyarder Putinin dünya liderləri arasında mövqeyi, ABŞ-da keçirilən prezident seçkiləri və FİFA-nın prezidenti Yozef Blatterin qovulması haqqında da danışıb. Formula 1 prezidenti Putini İngiltərənin sabiq prezidendi Uinston Çörçill ilə müqayisə edib. Onun sözlərinə görə, Putin dünya tarixində ən yaxşı siyəsətçilərdən biridir. O, ABŞ-da keçirilən prezident seçkilərinə də  münasibət bildirib: "Mən istəyərdim ki, Donald Tramp qalib gəlsin. Əgər Hillari Klinton qalib gəlsə? Mən ona çox inanmıram". Daha sonra B.Ekklstoun FİFA-nın sabiq prezidenti Yozef Blatter barədə də danışıb. O, Blatterin heç bir günahı olmadığını deyib. 

Mənbə: ANS PRESS

30 aprel 2016
GO BACK