Qadin.NET / Ermənistan ordusunun alay komandiri və yüksək rütbəli zabitləri vuruldu

Ermənistan ordusunun alay komandiri və yüksək rütbəli zabitləri vuruldu

Ermənistan ordusunun alay komandiri və yüksək rütbəli zabitləri vuruldu
Alay komandiri polkovnik Amirxanyan və bir neçə zabit cəbhə xəttində ağır güllə yarası alıblar.

Milli.Az Avropainfo-ya istinadən bildirir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.Mərkəzin erməni sosial şəbəkələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, son üç gün ərzindəki əməliyyatlarda Ermənistan ordusunun Azərbaycanın cəbhəboyu ərazilərində təxribat törətmək cəhdləri zamanı 6-cı piyada alayının komandiri polkovnik Harutyun Amirxanyan və bir neçə yüksək rütbəli zabit ağır yaralanıb. Lakin hər zaman olduğu kimi, bu dəfə də Ermənistan hakimiyyəti hadisəni erməni ictimaiyyətindən gizlədir.Qeyd edək ki, aprelin əvvəlindən başlayaraq artan döyüş əməliyyatlarında Ermənistanın bir neçə yüksək rütbəli hərbiçisi məhv edilib.

Mənbə: Milli.Az

30 aprel 2016
GO BACK