Qadin.NET / Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər

 

Sürücülərə şad xəbər

“Mayın 1-dən başlayaraq avtomobillərin arxa sağ və sol şüşələrinə jalüz və el arasında “ştorka” kimi tanınan vasitələrin vurulmasına icazə veriləcək”. Bu barədə ANS PRESS-ə  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, avtomobillərə yalnız standartların tələbinə uyğun olan və sənaye üsulu ilə hazırlanan vasitələrin istifadəsinə icazə veriləcək:“Bəzi vətəndaşlar və KİV pərdə və “plyonka” ilə jalüz və “ştorka”ların fərqini anlaya bilmir. Bir daha bildirirəm ki, avtomobilə görünüşü məhdudlaşdıran, rəngli və tünd şüşələrdən, həmçinin buqələmun (hava şəraitinə əsasən rəngi dəyişən) şüşələrdən istifadə etmək inzibati məsuliyyət yaradır. İcazə verilmiş müddət ərzində bu tələbləri pozanlar 150 manat cərimə ediləcəklər. Çünki qanunda pərdə və “plyonka” sözü işlədilmir.”

 

Vaqif Əsədov sürücülərə məsləhətlər də verdi: “Ayın 1-dən standarta uyğun tələbləri yerinə yetirməklə hərəkət etsinlər və cərimə edilməsinlər”.Şöbə rəisi bildirdi ki, bu icazə noyabr ayının 15-nə qədər davam edəcək.

Mənbə: ANS PRESS

30 aprel 2016
GO BACK