Qadin.NET / Günün ulduz falı

Günün ulduz falı

Günün ulduz falı
Qoç - Uğurlu gündür. İnsanlarla yaxşı anlaşır, özünüzü onların yerinə qoya bilirsiniz, bu isə işlərinizi irəlilətməyə sizə kömək edir. Sizin cəsur ideyalarınızı və yaradıcı planlarınızı dəstəkləməyə hazır olan köməkçiləriniz çoxdur. Xaricə səfərlər, əcnəbi iş ortaqları ilə görüşlər, əcnəbi dillərin öyrənilməsi üçün yaxşı gündür.

Buğa - Yaxınlarınızla münasibətləriniz ürəkaçandır. İstənilən qeyri-formal görüş yaxşı keçəcək. Şəxsi həyatınızda təşəbbüs göstərə, sizə xoş gələn insanla yaxınlaşa bilərsiniz.

Əkizlər - Sizin üçün çox vacib olan bir işə diqqətinizi cəmləyə bilmirsiniz. Xoşbəxtlikdən, təcrübəli insanların məsləhətinə qulaq asır və bu səbəbdən də böyük səhvlərdən can qurtara bilirsiniz.

Xərçəng - Yüksək əsəbi gərginlik və daim artan narahatlıq səbəbindən başqalarının hissləri barədə unudursunuz. Odur ki, bu gün bir çox Dolçalar elə hərəkət edəcəklər ki, sonra çox peşman olacaqlar. Təmkinlilik, soyuqqanlılıq və ehtiyat sizi bir çox xoşagəlməzlikdən qoruyardı.

Şir - Maliyyə baxımından da yaxşı gün deyil. Uğursuz sövdələşmələr, müqavilələr bağlamağınız mümkündür. Yaxşı olar ki, bu gün qonaq qəbul etməyəsiniz.

Qız - Gün hadisələrlə doludur. Bunların əksəriyyəti isə sizin təşəbbüsünüzlə baş tutur. İnsanlarla asan dil tapır, öz dediyinizin üstündə durur və bu zaman təzyiqlə qarşılaşacağınızdan qorxmursunuz, çünki belə bir təzyiq heç yoxdur da.

Tərəzi - Hansısa ailəvi planları, yaxud sevdiyiniz şəxslə gələcək həyatınızı müzakirə edə bilərsiniz.  Yaradıcı potensialınız aşıb-daşır. Fantaztiyalarınızı gerçəkləşdirməyə çalışın.

Əqrəb - İşgüzar aktivliyiniz yüksəkdir. Bu səbəbdən başqalarının iflasa uğradığı sahələrdə siz uğurlar qazanırsınız. İşgüzar münasibətlər də dinamik inkişaf edir. İlkin danışıqlardan müqavilələrin imzalanması və layihənin gerçəkləşdirilməsinə başlanmasına keçid cəmi bir neçə saat vaxt ala bilər.

Oxatan - Öz prinsiplərinə sadiq qalan Tərəzilər isə xırda, amma düzgün nailiyyətlərlə kifayətlənəcəklər. Yalnız belə Oxatanlar nüfuzlu və hörmətli insanların dəstəyini qazanaraq öz mövqelərini möhkəmlədə bilərlər.

Oğlaq - Bu qədər  də söhbət, danışıq olar? Nədənsə hamının sizinlə söhbət etməyi tutub: ətrafınızdakılar sizə çoxsaylı suallar verir və həmən onları cavablandırmanızı istəyirlər. Siz də sakitcə onlara qulaq asaraq başqalarının problemləri ilə bağlı məsləhətlər verir, amma başa düşürsünüz ki, onsuz da onlara şeç kim əməl etməyəcək.

Dolça - Həm işgüzar əlaqələrinizdə, həm də şəxsi həyatınızda təşəbbüs göstərin. İdeyalarınız uğurlu, perspektivləri yaxşıdır və bunu da hamı görür. Qeyri-standart həllərdən başı çıxan adamlar sizi dəstəkləyəcəklər. Əcnəbilərlə, yaxud uzaqlardan gələn həmvətənlərlə uğurlu sövdələşmələriniz mümkündür.

Balıqlar - Bugünkü qələbələrinizi hətta ətarfınızdakılar da sezəcəklər. Amma uğurlarınızın uzun və sabit olması yalnız sizdən asılıdır. Çünki nəhayət başa düşmüsünüz ki, məqsədə doğru ən qısa yol hiyləgərlikdən, ikiüzlülükdən, yalançı dostluqdan keçir. Amma unutmayın ki, ifşa olunmaq riskiniz də böyükdür.

Mənbə: Milli.Az

30 aprel 2016
GO BACK