Jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər, ziyan çəkən kənd sakinləri ilə görüşüblər.Milli.Az Trend-ə istinadən bildirir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib ki, aprelin ayının əvvəllərindən ermənilər Ağcabədinin cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrini müntəzəm olaraq iriçaplı silahlardan atəşə tuturlar: "Aprelin 27-dən 28-nə keçən gecə ermənilər xüsusilə amansız olublar. Ümumilikdə rayonun ərazisinə 100-dən çox mərmi düşüb, bunun 50-yə qədəri təkcə Qaraxanlı kəndinə düşüb. 30-a qədər ev ziyan çəkib. Onların bir hissəsi tam yararsız vəziyyətə düşüb".İcra başçısı qeyd edib ki, ermənilərin bu təcavüzü insanlara rahatlıq vermir, məktəblərdə dərslər pozulur: "İnsanlarımız belə ağır şəraitdə, çətin vəziyyətdə yaşayırlar. Nəhayət, dünya ictimaiyyəti BMT-nin qəbul etdiyi müvafiq qətnamələrin icrasını təmin etməlidir. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Əgər bu baş vetməsə, bütün Ağcabədi əhalisi Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırdır".Xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.
Mənbə: Milli.Az