Qadin.NET / Zakir Həsənov və Seyran Ohanyana Gürcüstandan zəng

Zakir Həsənov və Seyran Ohanyana Gürcüstandan zəng

Zakir Həsənov və Seyran Ohanyana Gürcüstandan zəng
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli telefonla azərbaycanlı və erməni həmkarları ilə cəbhədəki vəziyyəti müzakirə edib. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan müdafiə nazirliyi xəbər verir.Tina Xidaşeli tezliklə hərbi əməliyyatların dayandırılmasına ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, atəşin dayandırılması mümkün olacaq və proses danışıqlar masasına qayıdacaq.
 
Gürcüstan naziri onu da qeyd edib ki, regionda sabitlik Gürcüstan üçün həyati vacibdir. Ona görə də beynəlxalq birlik gərgin vəziyyətin aradan qaldırılması üçün bütün tədbirləri görməlidir. O, eyni zamanda əlavə edib ki, Gürcüstanın hər iki ölkə ilə münasibətləri yaxşıdır.Bu il aprelin 4-də də Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub. General-polkovnik Zakir Həsənov xanım Tina Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə edib.Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Bu ay iki dəfə təmas xəttində gərginlik yaşanıb. Onlardan biri aprelin 2-dən 5-dək, digəri isə aprelin 25-dən bu günədək müşahidə olunub. Hər iki halda Ermənistan Silahlı qüvvələri Azərbaycanın cəbhəyanı ərazilərini atəşə tutublar. Aprelin 2-dən 5-dək davam edən döyüşlərdə Ermənistan Silahlı qoşunları xeyli sayda canlı qüvvə və texniki itki verib. Aprelin 5-də saat 12:00-da Azərbaycan Müdafiə Nazirliyi hər iki tərəfin razılığı ilə atəşkəs elan edib.Amma aprelin 25-dən Ermənistan Silahlı qüvvələri yenidən təxribata əl atıblar. Bu dəfə onlar daha çox Tərtər və Ağdam bölgələrini atəşə tutublar. Təkcə Tərtərdə 58 ev,  3 məktəb, 2 bağça və 1 elektrik təsərrüfatı sıradan çıxıb. Baş verənlər nəticəsində Azərbaycan tərəfindən iki dinc sakin həlak olub, 6 nəfər yaralanıb. 

Mənbə: ANS PRESS

 

29 aprel 2016
GO BACK