Çində yetişən "Da hong pao" adlı çay bitkisindən dünyanın ən bahalı çayı əldə edilir.
Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, bu çayın qıyməti qızıldan 30 dəfə bahadır. Belə ki, "Da hong pao"nun 1 qramı 1400 dollara satılır. Bu isə o deməkdir ki, bir çaydan üçün 10 min dollar xərcləmək lazımdır. Ancaq orta keyfiyyətli "Da hong pao" çayının kilosunu 100 dollardan almaq olar.Lakin zənginlər ən keyfiyyətli çaya üstünlük verirlər. Məsələn, 2002-ci ildə adı açıqlanmayan iş adamlarından biri "Da hong pao" çayının 20 qramı üçün 28 min dollar ödəyib.
Mənbə: Milli.Az