Bu gün Füzuli rayonunun Böyük Bəhmənli kəndində "II Anadangəlmə Ürək Qüsurlarında Yeniliklər" mövzusunda konfrans keçirilib.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, konfransı kardioloq, millət vəkili Rəşad Mahmudov açıb və onun əhəmiyyətindən danışıb: ""Uşaq ürəkləri Qarabağda döyünür" şüarı ilə yola çıxdığımız bir həftəlik aksiya çərçivəsində ürək-damar xəstəliklərindən əziyyət məcburi köçkün və ətraf rayonlardakı vətəndaşlarımız üçün yüksək ixtisaslı kadrlar tərəfindən ambulator müayinə və müalicələr təşkil olunacaq və açıq ürək əməliyyatları keçiriləcək. Elmi-təcrübi konfransfa Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində dünyada qazanılmış yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaqdır".R.Mahmudov konfransın işinə uğurlar diləyib və davamlı olmasını arzulayıb.Daha sonra pediatrik invaziv kardioloq Nəsimi Cabbarov "Anadangəlmə Ürək qüsurlarına ümumi baxış" mövzusunda çıxış edib və bu sahədəki yenilikləri, öz təcrübəsini konfrans iştirakçıları ilə bölüşüb."Anadangəlmə ürək qüsurlarında əməliyyatdan əvvəl və sonra peyvənd təqvimi" mövzusunda isə pediatr Əli Quliyev çıxış edib.Fasilədən sonra kardioloq Nəsimi Cabbarov "Anadangəlmə ürək qüsurlarının diaqnostikasında praktik fiziki müayinənin rolu" barədə danışıb və tövsiyələrini verib.Sonda konfrans iştırakçılarına sertifikatlar təqdim olunub.
Mənbə: Milli.Az