Qadin.NET / İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi

İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi

İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
"Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir"

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir:"Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.

Mənbə: ANS PRESS

 

28 aprel 2016
GO BACK