Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla danışıqların dayandırılması barədə səsləndirdiyi fikirinə münasibət bildirib.
Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan odla oynayır.
"Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir".
"Türkiyə hər vasitə ilə xoş niyyətini sərgiləməyə çalışır. Bu atışmalarda Azərbaycan güc qazanır. Rusiya da Ermənistana tam dəstək vermir. Ən azından açıq dəstək verə bilmir. Çünki Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı var", - deyə Ərdoğan bildirib.Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycanın azad etdiyi ərazilərin əhəmiyyətsiz mövqelər olduğunu desə də, rəsmi İrəvan qorxu içərisindədir.
"Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir. Bu problem nə Gürcüstana, nə də Ukraynaya bənzər".Türkiyə prezidenti bundan əvvəl İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində də Qarabağda baş verənlərə toxunmuşdu. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməli olduğunu deyib. Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir. Ərdoğan deyib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır.
Mənbə: Milli.Az