"Brent" markalı neftin qiyməti 2015-ci il noyabrın 11-dən bu yana ilk dəfə olaraq 47 dolları ötüb. “WTI” markalı neftin qiymətində də bahalaşma hiss olunur.
“Texas” markalı neftin bir barelinin qiyməti hazırda 45,45 dollar dəyərində müəyyən olunub. Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 46,05 dollar təşkil edib.
Ötən gün dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45 “Texas” markalı neftin bir barelinin qiyməti isə 44,05 dollar olub.
Mənbə: ANS PRESS