Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin sarxıdıcı cavab zərbələrindən sonra Ermənistan xarici işlər naziri dolayısı ilə ölkəsinin geri çəkildiyi barədə açıqlama verib.
ANS PRESS-in əlumatına görə, Ermənistan XİN başçısı Edvard Nalbandyan bir neçə gün əvvəl prezident Serj Sarkisyanın "Təhlükəsizliyə zəmanət verilmədən İrəvan danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. Qarabağda hər an müharibə başlaya bilər" bəyanatını geri götürüb,
Nalbandyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsininnizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.Aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.
Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, - Sarkisyan bildirib. Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.
“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”-Sarkisyan deyib.
Mənbə: ANS PRESS