Qadin.NET / ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama

ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama

 

ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner ANS PRESS-in ABŞ bürosunun müxbiri Qənirə Ataşovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

 

Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin hələ də davam etdiyini bildirən Toner qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiona səfər edib."Biz hər iki hökumət, münaqişənin hər iki tərəfi ilə təmasda olmuşuq. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xətti boyunca hər hansı zorakılığı ən qəti şəkildə pisləyirik və tezliklə sülh prosesi görmək istəyirik", - Toner deyib.Bundan 3 gün əvvəl isə ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurub. Kerri İlham Əliyevlə telefon söhbəti zamanı Qarabağda yaranan gərginliyə görə natahatlığını ifadə edib."Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub. Kerri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunmasının və münaqişənin nizamlanması üçün danışıqlara başlamağın vacibliyini bildirib", - dövlət departamentinin rəsmi nümayəndəsiCon Kirbi telefon zəngi ilə bağlı açıqlama verib.Azərbaycan və Ermənistan arasında aprelin əvvəllərində 4 günlük müharibəbaş verdi. Ermənilər aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində təxribata cəhd ediblər.

Mənbə: ANS PRESS

28 aprel 2016
GO BACK