Yer kürəsi yaxınlığından iki nəhəng asteroid keçib
Bu gün saat 03:00-da və 06:00-da Yer kürəsi yaxınlığından 2 iri asteroid keçib. ANS PRESS-in Beynəlxalq astronomik şuranın kiçik planetlər mərkəzinin məlumatı istinadən verdiyi məlumata görə, asteroidlərin ölçüsü müvafiq olaraq 490 və 540 metr təşkil edib. Səma cisimləri Yerdən 7 və 10 milyon km uzaqlıqdan keçib. Yer kürəsi yaxınlığından keçən ilk asteroid 2003-cü ildə Linkoln rəsədxanası ilə əməkdaşlıq edən astronomlar tərəfindən aşkar olunub. Onun ölçüləri dəqiq müəyyən edilməyib və məlumatlara görə, 170-540 metr təşkil edir.Bu gecə 2003 KO2 Yer kürəsindən 6,9 milyon km aralıqda keçib. Bu məsafə Ay və Yer arasında olan məsafədən 18 dəfə çoxdur.Lakin mütəxəssislər narahatlığa bir əsas görmürlər – 2003 KO2-nin Yer kürəsi ilə toqquşması ehtimalı azdır. Digər asteroid 2016 FE1-in ölçüləri isə 160-490 metr təşkil edir və onun da Yer üzərinə düşməsi riski azdır.
Mənbə: ANS PRESS
25 aprel 2016
GO BACK