Qadin.NET / "Qarabağda müharibə istənilən an başlaya bilər"

"Qarabağda müharibə istənilən an başlaya bilər"

"Qarabağda müharibə istənilən an başlaya bilər"
“Ermənistan Azərbaycanın 5 rayonunu qaytarmağa hazır idi”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg" agentliyinə açıqlamasında deyib. Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi çox azdır.

O bildirib ki, 2011-ci ildə Kazanda Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları zamanı erməni tərəfi daxili beş rayonu qaytarmağa razı idi.  “Həmçinin biz sülhməramlıları  regiona yerləşdirmək istəyirdik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü", - deyə Sarkisyan bildirib.Aprelin əvvəllərində cəbhədə baş verənlərdən danışan Sarkisyan bildirib ki,  həmin vaxt Azərbaycan xeyli sayda tank və artilleriya qurğularını bölgəyə cəmləşdirib.Sarkisyan deyib ki,  Ermənistan danışıqlardan imtina edir. “İndiki şəraitdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırıq".Sarkisyan deyib ki, münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsindən söhbət gedə bilməz. “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyildi. Ancaq mən indi belə ehtiyac görmürəm. Rusiya hər iki tərəflə balanslı siyasət aparmaq istəyir”, - deyə o bildirib.Onun sözlərinə görə, təhlükəsizlik  zəmanəti olmadan Ermənistan sülh danışıqlarına qayıtmayacaq. Çünki vəziyyət tamamilə başqadır.Sarkisyan həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana hər hansı yeni təkliflər gətirməyib."Lavrov yaxşı başa düşür ki,  dördgünlük müharibədən dərhal sonra danışıqların başlaması  heç bir məna daşımır", - deyə Ermənistan prezidenti bildirib.Sarkisyan ilk dəfə döyüşlər zamanı şimal və cənub istiqamətlərində bəzi mövqeləri itirdiklərini təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda ərazilərin bir hissəsini nəzarət altına alıb. 

Mənbə: ANS PRESS

 

25 aprel 2016
GO BACK