Qadin.NET / Azərbaycan milli valyutası möhkəmlənir

Azərbaycan milli valyutası möhkəmlənir

Azərbaycan milli valyutası möhkəmlənir
Aprelin 26-na manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından ANS PRESS-ə verilən məlumata görə, 26.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5006 səviyyəsində müəyyən olunub.

Azərbaycan milli valyutası möhkəmlənir
Aprelin 25-də USD/AZN rəsmi məzənnəsi 1,5036 səviyyəsində olub.Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Mənbə: ANS PRESS

 

25 aprel 2016
GO BACK