Qadin.NET / Leyla Əliyeva qida təhlükəsizliyindən danışıb

Leyla Əliyeva qida təhlükəsizliyindən danışıb

 

Leyla Əliyeva qida təhlükəsizliyindən danışıb

"Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin". ANS PRESS-in məlumatına görə, bu fikiri bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində təşkil olunan gənclər tədbirində səsləndirib. 

 

L.Əliyeva Azərbaycanın meşə və çaylarla, dağlarla zəngin, biomüxtəlifliyə malik ölkə olduğunu söyləyib: “Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida təhlükəsizliyi çox vacibdir. Qida  həm də mədəniyyətlərarası əlaqənin tərkib hissəsidir.  Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı birgə fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir".Çıxışı zamanı Leyla Əliyeva həmçinin İDEA təşkilatının fəaliyyətindən də danışıb. O diqqətə çatdırıb ki, İDEA-nın təşkil etdiyi kampaniyalar çərçivəsində son 5 ildə 5 milyondan çox ağac əkilib. "Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmağa çalışmışıq. Bizim həyatımız hər saniyədə dəyişir. Hazırda dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Bütün heyvan növlərinin nəsli kəsilə bilər", - deyə Leyla Əliyeva bildirib. O, hər bir insanın mühitin qorunmasında rol oynaya biləcəyini vurğulayıb. "Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”.

Mənbə: ANS PRESS

25 aprel 2016
GO BACK